Turnover şirkətin işçi heyətinin dəyişilmə surətini göstərir. İşçi Turnover səviyyəsinin yüksək olması müəyyən çatışmazlıqlar barədə siqnal verir. Turnover-in hesablanma qaydası barədə bir öncəki məqaləmizdə məlumat vermişdik. Bu məqalədə Turnoverin növlərindən bəhs edəcəyik.
Belə ki, Turnover
a) Könüllü və ya Könülsüz,
b) Funksional və ya disfunksional ola bilər.
Könüllü və ya Könülsüz Turnover
İşçilər təşkilatı müxtəlif səbəblərdən tərk edə bildikləri kimi təşkilatlarda müxtəlif səbəblərdən işçilərlə yollarını ayıra bilər. Könüllü çıxışlar təşkilatda könüllü turnover-i formalaşdırır. Burada sual yarana bilər ki, hər bir öz xahişi ilə işdən azad olunan əməkdaşı bu siyahıya aid etmək lazımdırmı? Əlbətdəki bu cür yanaşma yalnış olardı. İşdən çıxışın Könüllü və ya Könülsüz olduğunu müəyyən etmək üçün işdən çıxış səbəbinin dəqiqləşdirilməsi mütləqdir. Könüllü işdən çıxış səbəblərinə “İş şəraitinin qane etməməsi, əmək haqqının az olması, rəhbərindən narazılıq, şəxsi inkişafın olmaması, yaşayış yerini dəyişmə və.s” aid olduğu halda, Könülsüz çıxış səbəblərinə “İşçinin işindən narazılıq, vəzifə funksiyalarını yerinə yetirə bilməməsi, sınaq müddətini keçə bilməməsi, əmək müqaviləsinin uzadılmaması, oğurluq və ya mənimsəmə halları və.s” aid ola bilər. Könüllü turnoverin çox olması təşkilat üçün mənfi haldır.
Könüllü turnover aşağıdakı kimi hesablanır:

Funksional və ya disfunksional Turnover
İşçi perfomansının ölçüldüyü təşkilatlarda yuxarıda sadalanan turnover növlərindən başqa Funksional və ya disfunksional turnover-dən də istifadə edilə bilir.
Aşağı performanslı işçilərin təşkiatı tərk etməsi funksional, yüksək performansı işçilərin təşkilatı tərk etməsi isə disfunksional turnover hesab olunur. Burada da funksional turnover təşkilat üçün müsbət hal hesab olunsa da, disfunksional turnover təşkilat üçün mənfi haldır.
Nəticə
Hər bir halda Turnover təşkilatlar üçün müsbət hal kimi dəyərləndirilmir. İstər könülsüz turnover istərsə də funksional turnover müəyyən formada şirkət üçün müsbət dəyərləndirilsə də, bu əmsalın yuxarı olması, işə qəbul xətalarından, idarəetmədə olan boşluqlardan xəbər verir. Könüllü və Disfunksional turnover isə rəhbərlər üçün qırmızı siqnal rolunu oynamalıdır.