Statistika qeyri-müəyyən vəziyyətlərdə düzgün biznes qərarları almaq üçün rəqəmsal istifadə oluna biləcək verilənlərin analizini özündə cəmləşdirən bir alətdir.
Statistika nə zaman lazım olur?
- Sizə lazım ola biləcək bütün məlumatlara sahib deyilsiniz
- Siz qərar vermək üçün yalnız bir neçə datadan istifadə edə bilirsiniz.
- İşin içində qeyri-müəyyənlik var
- Verəcəyiniz qərar önəmlidir.
- Siz limitlənmiş datalarınız əsasında yalnış qərar vermək istəmirsiniz.
- Hansısa spesifik məlumatlar dəyərləndirilməlidir.
Statistika, statistikadan istifadə edərək parametrlər haqqında məntiqli təxminlər etməyə imkan verir.
Statistikanı 2 hissəyə bölə bilərik ki, bunlardan birincisi Təsviredici statistika (Descriptive statistic), ikincisi isə nəticəyə əsaslanan statistikadır(Inferential Statistics).
Təsviri statistikanın məqsədi dəyişənin xüsusiyyətlərini ümumiləşdirməkdir. Yəni, təsviredici statistika ilə böyük bir rəqəmlər toplusu, bu rəqəmləri təsvir edə biləcək bir neçə rəqəm sayına edirilir. Bu rəqəmlər mean(ortalama), mode(mod), median, minimum və maximum, range(aralıq), interquartile range, standard deviation və variance.
Nəticəyə əsaslanan statistika isə təsviredici statistika vasitəsilə analiz olunan məlumatların təhlili üçün istifadə olunur.
Statistika İnsan Resurslarında necə istifadə olunur?
İnsan Resurslarında əsasən təsviredici statistikadan istifadə olunur. Bu zaman keçmişdə baş vermiş proseslərə əsaslanan metriclər və ratio-lar əsasında müəyyən nəticələrə gəlmək və mülahizə etmək olar(Məsələn Turnover). Bununla yanaşı təsviredici statistikada əldə olunan nəticələrə əsaslanaraq Inferential statistikadan da istifadə olunur (Məsələn Turnoverin növbəti il üçün təxmini və ya daha da irəli gedərək kimlərin potensial olaraq işdən ayrıla biləcəyini təxmin etmək).