IF funksiyası
IF funksiyası verilmiş dəyərin doğru və ya yalnış olduğunu yoxlayır. IF funksiyasında 3 arqument mövcuddur.
- logical_test – yoxlanılması tələb olunan məntiqi funksiya
- value_if_true – funksiyasının doğru olduğu təqdirdə əks olunacaq dəyər
- value_if_false – funksiyasının yalnış olduğu təqdirdə əks olunacaq dəyər
Aşağıdakı şəkildə imtahan balına əsasən namizədlərin imtahandan keçib və ya keçmədiyi barədə məlumat əks olunur.
- logical_test – Imtahan balı 80-dən yuxarı olmalıdır
- value_if_true – 80 baldan yuxarı olarsa, Keçdi qeyd olunsun
- value_if_false – 80 baldan aşağı olarsa Kəsildi qeyd olunsun