Funksiyaların icrası zamanı yaranan xətaları göstərmək üçün IFNA və IFERROR funksiyalarından istifadə oluna bilər.
IFNA funksiyası yalnız xətası #N/A olan funksiyalarda işləyir.
Funksiya Sintaksisi
=IFNA (value; value_if_na)
Arqument
value – yoxlanılacaq funksiya
value_if_na – funksiya, #N/A cavabı olarsa geridönüş təyin olunan formada olacaq.
Aşağıdakı şəkildə funksiyanın işləmə forması əks olunub.
